Dünya

İsrail ordusu yenidən fələstinlilərin yaşadığı əraziyə hücum edib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin məskunlaşdığı əraziyə basqını zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Yerixo şəhərinə və yaxınlıqdakı bir çox bölgəyə, o cümlədən Aqaba Cabir, Ayn əs-Sultan və Duyuk əl-Favkaya basqın edib.

Basqınlar zamanı Yerixoda üç uşaq atası olan 44 yaşlı Şadi İsa Celaytanın İsrail qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyi, 2 nəfərin yaralandığı, 1 nəfərin isə sinəsindən yaralandığı bildirildi.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 486 fələstinli həyatını itirib.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu