Bugun.tv xəbər verir ki, İsrail Prezidenti İsaak Hersoq müxalifətin etirazlarına səbəb olan məhkəmə islahatı ilə bağlı parlament partiyalarının təmsilçilərini qəbul edib. Bu, sayca ikinci görüşdü.
Prezident Yerusəlimdəki iqamətgahında əvvəlcə Raam ərəb partiyasının nümayəndə heyəti, sonra solçu ərəbpərəst Hadaş-Taal blokunun nümayəndələri ilə danışıqlar aparıb. Ardınca HaAvoda işçi partiyası ilə görüşüb.
Danışıqların birinci raundu ötən gün olub. İclasda hakim koalisiyanın və iki ən böyük müxalifətin: keçmiş baş nazir Yair Lapidin Yeş Atid partiyası və keçmiş müdafiə naziri Benni Qantsın rəhbərlik etdiyi blokun nümayəndələri də qatılıblar.
Mənbə: TASS
