İsrail ordusu işğal altındakı Qəzza zolağının şimalında didərgin düşmüş mülki əhalinin sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbini bombalayıb. Hücum nəticəsində qadın və uşaqların da olduğu çoxlu sayda ölən və yaralananın olduğu bildirilib.
İsrail döyüş təyyarələri Cibaliya Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) tərkibindəki Əbu Həsən məktəbini bombalayıb.
İsrailin zorla köçkün etdiyi mülki şəxslərin sığındığı məktəbə hücumda aralarında qadın və uşaqların da olduğu ən azı 28 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
İsrailin hücumu nəticəsində didərgin düşən fələstinlilərin məktəb bağçasında qaldığı çadırlarda yanğın baş verib. Hücum zamanı həyatını itirən və yaralananlardan bəziləri bölgədəki Kemal Advan və El-Avde xəstəxanalarına aparılıb. İsrailin bombaladığı məktəbdə tibb qruplarının insanlara çatmaqda çətinlik çəkdiyi bildirilib. Digər tərəfdən, İsrail ordusu 13 gündür Qəzza zolağının şimal hissəsini mühasirəyə alaraq bölgə əhalisini köç etməyə məcbur edir.
İsrail ordusu oktyabrın 6-da Qəzzanın şimalına, xüsusən də Cibaliya Qaçqınlar Düşərgəsinə qurudan hücum edib. Bu addımın daha əvvəl İsrail mətbuatında yer alan və “generalların planı” kimi tanınan İsrail vətəndaşları üçün məskunlaşma yeri hazırlamaq məqsədi ilə Qəzzanın şimalından fələstinlilərin çıxarılması məqsədi ilə atıldığı düşünülür.
İsrail Ordusunun sözçüsü Aviçay Adraee oktyabrın 7-də sosial media hesabından verdiyi açıqlamada Qəzza zolağının şimalındakı Beyt Hanun, Cibaliya və Beyt Lahiyadakı fələstinlilərə xəbərdarlıq edib və boşaldılması nəzərdə tutulan ərazilərin xəritəsini paylaşıb.
Fələstinliləri Qəzzanın cənubundakı Mevasi bölgəsinə getməyə çağıran Adrainin paylaşdığı xəritənin, generalın təşəbbüsü ilə hazırlanan fələstinlilərin məcburi köçü ilə bağlı “generalların planı” ilə oxşar olması diqqət çəkib. İsrail ordusunda keçmiş Əməliyyat Dairə Başçısı Giora Eiland və hökumətə təqdim etdi.
Ötən ay mətbuatda əksini tapan planla bağlı İsrail hökuməti açıqlama verməsə də, sentyabr ayında İsrail dövlət televiziyası KAN-ın xəbərində kabinetin bu planı araşdırdığı açıqlanmışdı.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 438 fələstinli ölüb, 99 min 246 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: TGRT