Dünya

İsrail Qəzzaya gedən yardım flotiliyasını ələ keçirdi

Bugun.tv xəbər verir ki, İsrail Qəzzaya humanitar yardım aparan “Global Sumud” adlı flotiliyadakı bütün gəmiləri nəzarətə götürüb.

Hadisə beynəlxalq mediada və humanitar təşkilatlar arasında geniş rezonans doğurub.

Məlumata görə, flotiliya Aralıq dənizi vasitəsilə Qəzza zolağı tibbi ləvazimat, ərzaq və digər humanitar yardımlar çatdırmağı planlaşdırırdı. İsrail tərəfi isə təhlükəsizlik səbəbilə gəmilərin marşrutuna müdaxilə edərək onları dayandırıb.

Bəzi beynəlxalq təşkilatlar hadisəni humanitar missiyaya maneə kimi qiymətləndirib və bölgədə onsuz da ağır olan vəziyyətin daha da pisləşə biləcəyini bildiriblər. İsrail rəsmiləri isə açıqlamalarında Qəzzaya daxil olan bütün yüklərin yoxlanıldığını və təhlükəsizlik prosedurlarının tətbiq edildiyini vurğulayıblar.

Analitiklərin fikrincə, hadisə Yaxın Şərqdə gərginliyi daha da artıracaq və beynəlxalq diplomatik reaksiyalara səbəb olacaq. Xüsusilə humanitar yardım marşrutlarının təhlükəsizliyi ilə bağlı yeni müzakirələrin başlanacağı gözlənilir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Türk-Amerikan təşkilatlarından ABŞ Konqresində F-35 çağırışı

Aynur Camal

ABŞ və Kanada yeni razılaşma ilə tarif böhranının qarşısını aldı

Aynur Camal

Rusiya və Ukrayna 103 hərbçini qarşılıqlı olaraq dəyişdirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu