Baş xəbərDünya

İsrail Qəzzada bir evə hava hücumu nəticəsində 6 fələstinlini öldürdü

İsrail ordusuna məxsus döyüş təyyarəsinin Qəzza şəhərində bir evə təşkil etdiyi hava hücumu nəticəsində 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb. Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə əsaslanaraq verdiyi xəbərdə, İsrail ordusuna aid döyüş təyyarəsinin Qəzza bələdiyyəsinin gəzinti sahəsi yaxınlığında Ebulhatal və Ziraat ailələrinə məxsus evi hədəf aldığı bildirilib.

Xəbərdə hava hücumu nəticəsində 6 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.

WAFA-nın hesabatında İsrail qüvvələrinin Qəzza şəhərinin cənub-şərqində bəzi yaşayış məntəqələrini və Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin şimalında bir neçə binanı partlatdığı, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilmədiyi də qeyd olunub.

Fələstin Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinlinin olduğu bildirilib.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir. İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu