“İsrailin Qəzzada mülki əhalini yardım alan zaman atəşə tutması, yaşayış məskənlərini yaşanmamaq vəziyyətə gətirməsində əsas məqsədi Qəzza zolağından insanların buranı tərk etməsinə nail olmaqdır. Beynəlxalq yardımların mülki əhaliyə çatdırılmasının qarşısı alınır. Qəzza zolağında mülki insanları öldürmək və yaşayış məskənlərini yer üzündən silməkla yəhudi xalqının xoşbəxt yaşamasına gətirib çıxarmayacaq” – deyə siyasi ekspert Məhəmməd Əsədullazadə bu barədə şərhi öz sosial media hesabında paylaşıb.
Ekspert qeyd edib ki, Ermənistan da Qarabağı işğal edərək şəhər və kəndləri yer üzündən sildi. Mülki insanlarımızı öldürdü. Hesab edirdilər ki, həmişəlik öz istəklərinə nail oldular. Tarix üçün 30 il çox qısa bir vaxtdı. Ədalət öz yerini tapdı və ermənilər cinayətlərinin cəzasını çəkdilər.
Bir toplumun faciəsi üzərində xoşbəxtlik əldə etmek mümkün deyil.
B. Netanyahunun Qəzza siyasəti, beynəlxalq müstəvidə anti-semitizmi yenidən meydana gətirir. Artıq Yunanıstan və Avropa ölkələrində Yəhudi turistlər qəbul edilmir. Onlara qarşı aqressiv münasibət sərgilənir. İsraildən Yunanıstana geden turist gəmisini yunan əhali sahilə yaxınlaşmağa icazə verməyib. B. Netanyahunun ABŞ arxayın olub Qəzzada mülki insanlara həyatda keçirdiyi hərbi cinayətlər və Suriyanın bölmə siyasəti İsrailin gələcək perspektivdə təhlükəsizliyini təhdid edəcək.
Jurnalist, siyasi ekspert Məhəmməd Əsədullazadə