23 C
Baku
11 Sentyabr 2026, 22:48
Baş xəbərSiyasət

“Bu il “Ədəbiyyat qəzeti”ndə çalışmağımın 10 ili tamam olur”

“10 ildir ki, ədəbiyyatımızın müxtəlif elmi-nəzəri problemləri ilə bağlı bu qəzetin səhifələrində çıxış edirəm. Buna görə 2016-cı ildə aldığım “Əli bəy Hüseynzadə” mükafatı tərcümeyi-halımda önəmli yer tutur. Mənim qələm adamı kimi görünməyimdə, yaradıcı potensialımın sərgilənməsində “Ədəbiyyat qəzeti”nin məxsusi yeri və rolu var. Buna görə xüsusilə, qəzetin baş redaktoru Azər Turana borcluyam! Azər Turan öz tükənməz ədəbiyyat sevdası və enerjisi ilə mənə və çoxlarına yol açmış, işıq qaynağına çevrilmiş birisidir. Əvvəlki statusumda vurğuladığım Sözdən Vətən yaradan adamdır! Hər həftə 32 səhifəlik məfkurəvi estetik səviyyəsi yüksək olan bir qəzetə imza atır, bir-birindən ağır kitablar yazır, qəzetdə yazdığı məqalələrin toplusu olan ən sanballı kitabın müəllifidir – “Ulusu sevmək fənni”!

Əli bəy Hüseynzadə barədə mətbuat tariximizin (1906-1907) fonunda yazdığı kitab hazırda Türk Akademiyası tərəfindən müxtəlif türk dillərində nəşr olunur. Yaxşı ki, tarixdə əbədiyyətə xidmət edən və şəxsin kimliyini açmağa dəlalət edən Mətnlər qalır! Və yaxşı ki, geriyə boylananda sevinməyə, öyünməyə əsas verən belə nümunələrə baxıb təsəlli tapır, milli aydınlarımızdan bizə ötürülən mənəvi mirasın keşiyində dayananların hələ də yaşadığını görüb güc və stimul alırıq. “Ədəbiyyat qəzeti”nin bütün kollektivini bu gözəl gün münasibətilə təbrik edir, uğurlar arzulayıram!”.

Milli Məclisin deputatı Elnarə Akimova 

Aynur Camal

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Ekspert: Yəməndə Husilərin güclənməsi İranın strateji mövqeyini möhkəmləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu