Baş xəbərDünya

İsrail qaçqın düşərgəsini vurdu: Çoxlu ölü

İsrail qüvvələri Qəzzada dinc sakinləri yenidən hədəfə alıb. Cibaliye Qaçqınlar Düşərgəsinə edilən hücumda 6 nəfər həyatını itirib.

İsrail Qəzza zolağında qanlı hücumlarını davam etdirir. İsrail qüvvələrinin bölgənin şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsində Əl-Henavi ailəsinin evinə təşkil etdiyi hava hücumunda biri körpə olmaqla 6 fələstinli həyatını itirib. Hücum zamanı yaralanan çox sayda fələstinli Kamal Advan xəstəxanasında müalicə olunub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına davam edən hücumlarında 40 min 988 mülki vətəndaş həyatını itirib, 94 min 825 mülki şəxs isə yaralanıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna İsveçdən Gripen döyüş təyyarələri aldı

Aynur Camal

UNICEF: Livanda ötən həftə hər gün orta hesabla 11 uşaq ölüb və ya yaralanıb

Aynur Camal

Ukrayna müharibəsində gərginlik artır: Rusiya və Ukrayna arasında yeni hücumlar və diplomatik çağırışlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu