28 C
Baku
19 İyul 2024, 22:09
Dünya

İsrail qüvvələri Fələstinin əmlakına ziyan vurub və Cenində çox sayda insanı həbs edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif qəsəbələrinə təşkil etdiyi basqınlarda çoxlu fələstinlini nəzarətə götürərkən, Cenin şəhərində də fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma yaşanıb.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib. Basqına qarşı çıxan fələstinlilərlə İsrail əsgərləri arasında silahlı toqquşma baş verib.

Fələstinlilərin evlərinə və daşınmaz əmlaklarına ziyan vuran, şəhərin infrastrukturunu dağıdan İsrail əsgərlərinin basqını zamanı bölgədə partlayış və silah səsləri eşidilib.

İsrail qüvvələri Cenin Qaçqınlar Düşərgəsində 8 fələstinlini saxlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada Cenində bir nəfərin əsl güllə ilə yaralandığı bildirilib.

Dünən İsrail ordusu Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsi ətrafındakı məhəllələrə basqın edərək sərbəst buraxılan 2 fələstinlini yenidən nəzarətə götürüb.

İsrail əsgərlərinin basqın etdiyi yerlər arasında Ceninlə yanaşı, işğal altındakı İordan çayının qərb sahilindəki Qalkilya, Beytüllahm, Hebron və Ramallah şəhərləri də var.

Bu şəhərlərdə saxlanılan fələstinlilərin sayı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.

Bu müddət ərzində işğal altındakı bölgədə nəzarətə alınan fələstinlilərin sayı 9400-ə çatdığı halda, İsrail əsgərləri və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumları nəticəsində 553 nəfər həlak olub.

Mənbə: TrtHaber

Teymur Əziz

Oxşar xəbərlər

Əfqanıstanda təbii fəlakət nəticəsində 10 nəfər həyatını itirdi

Nigar Məmmədova

“Siz fələstinlilərin qanını qurban verirsiniz”

Teymur Əziz

Macarıstan Rusiya neftinin tranzitini Ukrayna operatoruna ödəyəcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu