Baş xəbərDünya

İsrail Qəzza zolağında UNRWA məktəblərinin 70 faizini vurub

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin oktyabrın 7-dən bəri hücum etdiyi Qəzza zolağında məktəblərin 70 faizini vurduğunu açıqlayıb. UNRWA, İsrailin Qəzzada vurduğu məktəblərlə bağlı sosial media hesabından açıqlama verib.

Açıqlamada Qəzzadakı hər 10 UNRWA məktəbindən 7-nin İsrail hücumlarının hədəfi olduğu və bu məktəblərə sığınan 539 köçkünün hücumlarda həyatını itirdiyi bildirilib.

Bəyanatda bu məktəblərin 95 faizinin məcburi köçkün fələstinlilərə ev sahibliyi edərkən vurulduğuna da diqqət çəkilib.

Bəyanatda Qəzzada təhlükəsiz yer olmadığı vurğulanıb və BMT obyektlərinə edilən hücumların dayandırılması lazım olduğu bildirilib.

İsrail ordusu dünən və bu gün Qəzzanın mərkəzi hissəsində yerləşən Nusayratda iki ayrı UNRWA məktəbinə hücum edib və bu hücumlarda 30-dan çox fələstinli həyatını itirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İranın PUA hücumu Küveyt hava limanını vurdu: 63 nəfər yaralandı

Aynur Camal

Siyasi ekspert: ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu