11 C
Baku
15 Aprel 2025, 23:42
Baş xəbərSəhiyyə

“İsrail səhiyyəsi ilə əlaqələr öz töhfəsini verir”

Bugun.tv xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyində İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri Aşer Şalmonla görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının nümunəvi olduğunu vurğulayıb: “Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya – virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq”.

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən İsrail Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr üzrə Baş şöbə meneceri ölkələrimiz arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb. Aşer Şalmon İsrail Səhiyyə Nazirliyinin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu bildirib.

Görüş zamanı İsrailin əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunmasının vacibliyi vurğulanıb. Bundan əlavə, ölkələrimizin səhiyyə nazirlikləri arasında tibbi heyətin təlimlər keçməsi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, hər iki ölkənin səhiyyə nazirlərinin səfər perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

Qabyuyan maşından çıxan yanğın mətbəxi yararsız hala saldı

İntizar Əmirova

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları ilə görüş keçirildi

Aynur Camal

Qlobal yaşıl enerji potensialı 50 faiz artdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu