17 C
Baku
25 İyun 2025, 5:31
Dünya

İsrail üçün Eurovision yayım tədbirləri

“Eurovision” müsabiqəsinin yarımfinalında yayımçı İsrailə qarşı reaksiyaların qarşısını almaq üçün canlı yayım zamanı ehtiyat tədbirləri görüb. Növbə İsrailə çatanda canlı yayım ekranlarında tamaşaçı göstərilməyib, yalnız müğənni Yuval Rafaelin səsi verilib.

İsrailə qarşı reaksiyalar azalmır.

Qəzzaya hücumlarını davam etdirən və günahsız insanları qətlə yetirən İsrailə Eurovision müsabiqəsinin yarımfinalında da etiraz edilib.

Lakin yayımçı bu etirazların qarşısını almaq istəyib və canlı yayım zamanı bəzi ehtiyat tədbirləri həyata keçirib.

İsveçrənin Bazel şəhərində 69-cu Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

Müsabiqədə çıxış etmək növbəsi İsrailə çatanda canlı yayım ekranlarında tamaşaçı göstərilməyib, yalnız müğənni Yuval Rafaelin səsi verilib.

16 ölkənin səhnəyə çıxdığı ikinci yarımfinalda; Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan böyük finala yüksəlib, Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Gürcüstan, Çexiya və Serbiya isə yarışla vidalaşıb.

Qeyd edilib ki, Mayın 17-də Eurovision Mahnı Müsabiqəsinin möhtəşəm finalı baş tutacaq.

Sosial mediada sürətlə yayılan görüntülərdə ikinci yarımfinal öncəsi məşq zamanı İsrailin etiraz etdiyi görülüb. İsrailli müğənni Rafael məşq edərkən tamaşaçılardan təşvişlər eşidilib və Fələstin bayraqları açılıb. Yarış təşkilatçıları Fələstin bayraqdarlarını “təhlükəsizlik” səbəbindən ərazidən uzaqlaşdırıblar.

Qəzzada soyqırımını davam etdirən İsrailin “Eurovision”dan uzaqlaşdırılması çağırışlarına baxmayaraq, israilli müğənni Rafael mayın 17-də keçiriləcək möhtəşəm finalda yarışacaq.

Avropa Yayım Birliyi (EBU) Rusiya-Ukrayna müharibəsi səbəbilə 2022-ci ildən Rusiyanı müsabiqəyə qadağa qoyduqdan sonra “ikiüzlülük” və “ikili standartlar”la tənqid edilib, lakin İsrail üçün oxşar qərar qəbul edilməyib.

Bazel, İsrailin müdaxiləsinə qarşı çıxan fələstinli tərəfdarların etirazlarının şahidi olub. İsrailin yarışmada iştirakına etiraz etmək üçün yarış ərazisinə gələn fəallar təhlükəsizlik qüvvələrinin xəbərdarlığından sonra ərazini tərk etmək məcburiyyətində qalıblar.

Daha sonra yarışın keçirildiyi əraziyə toplaşan bir qrup fəal İsrailin yarışmada iştirakına etiraz edərək Fələstinə dəstək nümayişi keçirib.

Fəallar əllərində İsrail bayraqları ilə qarşılarından keçən və onları təxribat etməyə çalışanlara “Fələstinə azadlıq və soyqırımı dayandırın” kimi şüarlar səsləndirərək etiraz ediblər. Açılış mərasimi və birinci yarımfinal İsrail əleyhinə etirazlarla yadda qalıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Livan: İsrailin müharibə təhlükəsi torpaqlarımızı müdafiə etməyimizə mane olmayacaq

Şükufə Ramizqızı

469 fərqli səs araşdırıldı: Afrika filləri bir-birlərinə xüsusi səslərlə müraciət edirlər

Aynur Camal

Prezident Ərdoğan Putinlə görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu