Baş xəbərDünya

İsrail əsir mübadiləsi üçün azad etdiyi 11 fələstinlini yenidən həbs edib

Bugun.tv xəbər verir ki, İsrail qüvvələri HƏMAS ilə son əsir mübadiləsi çərçivəsində azad edilən 11 fələstinlini yenidən həbs edib.

Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatında 2023-cü ilin noyabrında İsrail və HƏMAS arasında əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində azadlığa buraxıldıqdan sonra yenidən nəzarətə alınan fələstinlilər haqqında məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin 3-ü uşaq, 4-ü qadın olmaqla 11 fələstinlini yenidən nəzarətə götürdüyü bildirilib.

Qeyd olunub ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7670 fələstinli saxlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Bu payızda ən dəbdə olan gödəkçə ilə nə geyinmək lazımdır?

Aynur Camal

İrandan Fransaya səyahət xəbərdarlığı

Nigar Məmmədova

11 milyondan çox uşaq humanitar yardıma möhtacdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu