25 C
Baku
27 İyul 2024, 5:01
Kriminal

İsraildə Dəhşət Evi: 30 qadını qul edən ravvin sərbəst buraxıldı

Bugun.tv xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzetinin xəbərinə görə, Qüdsdəki yəhudi dini məktəbinin keçmiş müdiri olduğu bildirilən Rabbi Ramati, ittihamlarla mühakimə olunduğu məhkəmədə “insanları köləliyə bənzər şəraitdə saxlamaq”da günahlandırılıb. “qurbanlarını kölə etmək”, “yüngül hücum” və “ədalətə mane olmaq” kimi maddələrlə mühakimə olunub.

Bildirilib ki, israilli ravvin qurbanları arasında olan 11 qadın məhkəmədə üzləşə bilməyəcək qədər travmatik vəziyyətə qoyub. Buna görə Ramatiyə qarşı ifadə verməkdən imtina edib. Sonra prokurorluq daha yüngül ittihamları qəbul etmək müqabilində Ramati ilə cəzanın azaldılması barədə razılığa gəlib.

Razılaşmaya əsasən, Ramati yalnız 9 ay məcburi dövlət qulluğuna və qurbanlarına ödəniləcək 34 min dollar maddi təzminat cəzasına məhkum edildikdən sonra azadlığa buraxılıb.

 

 

 

 

 

 

 

 

 

 

Ravvin 2008-ci ildə qadınları ətrafına yığmağa başlayıb. Özünü “xilas yolunu bilən, maariflənmiş dini lider” kimi təqdim edib. İlk dəfə 2015-ci ildə evinə topladığı qadınlara görə həbs edilən ravvin, bir neçə qadının onun lehinə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Prokurorların sözlərinə görə, 30-dan çox qadın uşaqları ilə birlikdə ravvin evində yaşayıb. O, sonradan qadınları ətrafına toplamağa başlayıb. Ravvin qadınlardan evdə yataq üçün ayda təxminən 220 dollar, çarpayını başqa sakinlə bölüşmək üçün isə ayda təxminən 170 dollar tələb edib.

“Times of Israel” qəzetinin yazdığına görə, bu müddət ərzində Ramati qadınları ona itaət etmədikləri təqdirdə digər dünya güclərinin əlindən dəhşətli zərərlə üzləşəcəklərini deyərək hədələyib. Qadınları barmaqlarını yandırmağa məcbur etmək kimi cəzalar verib. Yandırmaq və ya onları “cəhənnəmi simulyasiya etmək” üçün acı bibər yemək.

Ramati 2020-ci ildə qurbanlarını kölə etmək, zorakılıq və ədalətə mane olmaq kimi ittihamlarla həbs edilib.

İsrail mediası Ramatinin evi üçün “dəhşət evi” ifadəsini işlətsə də, polis ravvini qurbanlarının beynini yuyub nəzarət altına almaq üçün zorakılıq, hədə-qorxu və əbədi lənət hekayələri uyduran “kült lideri” kimi təsvir edib.

Müxbir Qaytən Qasımzadə

Mənbə trthaber

Bugün TV

Oxşar xəbərlər

Masallıda 3 il əvvəl törədilən quldurluğun üstü açıldı

Kəmalə Sultan

Zəhər alverçilərinə qarşı əməliyyat: 11 nəfər saxlanıldı

Aynur Camal

Tanınmış jurnalist axtarışa verildi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu