7 C
Baku
21 Yanvar 2025, 18:11
Dünya

İsraildən Hələbin cənub-şərqindəki Sefire bölgəsinə hava hücumu

İsrail Suriyanın Hələb vilayətinin cənub-şərqindəki Sefire rayonuna hava hücumu həyata keçirib. 10-a yaxın hava zərbəsi nəticəsində ölən və yaralananların olduğu bildirilir. Yerli mənbələrdən əldə edilən məlumata görə, İsrail qüvvələrinin hava hücumu ilə Sefire bölgəsindəki hava hücumundan müdafiə bazası və 404 nömrəli anbar hədəfə alınıb.

İlkin məlumatlara görə, bölgədə 10-a yaxın hava hücumunda ölən və yaralananların olduğu bildirilir.

İsrail ordusu əsgərləri təyyarələrlə endirmə əməliyyatı həyata keçirərkən, bölgədə onlarla silahlı ünsürlər arasında qarşıdurma yaşanır.

Sefire bölgəsində devrilmiş Bəşər Əsəd rejimindən qalan müdafiə sənayesi obyektləri və hərbi araşdırma mərkəzi var.

 İsrailin hücumları və Suriyanın işğalı

Noyabrın 27-də Suriyada şiddətlənən toqquşmalardan sonra və dekabrın 8-də 61 illik Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun bu ölkəyə hücumları artıb.

Rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayan İsrail ordusu Suriyanın Colan təpələrindəki işğalını genişləndirib.

Qolan təpələri ətrafında bufer zonasına daxil olan İsrail ordusu işğalı daha da irəli apararaq paytaxt Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.

İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və silahsızlaşdırılmış zonanın sərhədləri 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanan Qoşunların Çıxarılması Müqaviləsi ilə müəyyən edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanın ana dili onun genlərində necə əks olunur: elm adamlarının kəşfi

Aynur Camal

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcək

Aynur Camal

Aİ Apple-dan xidmətlərində geobloklamanı aradan qaldırmağı xahiş edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu