8 C
Baku
22 Dekabr 2025, 3:06
Baş xəbərDünya

İsraildən xaricdəki vətəndaşlarına xəbərdarlıq: Böyük idman tədbirlərinə getməyin

İsrailin Milli Təhlükəsizlik Şurası noyabrın 7-də UEFA Avropa Liqasının paytaxtı Amsterdamda oynanılan Ayaks-Makkabi Təl-Əviv matçından əvvəl və sonra baş verən hadisələrə görə xaricdəki israilliləri gələn həftə böyük idman və mədəniyyət tədbirlərinə getməməyə çağırıb.

Şuradan verilən açıqlamada israillilərdən xaricdəki nümayişlərdən uzaq durmağa, israilli və yəhudi kimliklərini gizlətməyə, həmçinin gələn həftə böyük idman və mədəniyyət tədbirlərindən qaçmağa çağırılıb.

Fransa-İsrail futbol matçı noyabrın 14-də Fransanın paytaxtı Parisin ətrafı Sen-Denidəki “Stad de Frans” stadionunda keçiriləcək. Fransa hakimiyyəti Ayaks-Makkabi Təl-Əviv matçından əvvəl və zamanı baş verənlərdən sonra Fransa-İsrail futbol matçı üçün sıx təhlükəsizlik tədbirləri görür.

İsrailli azarkeşlər “Ayaks” – “Makkabi” Təl-Əviv matçından əvvəl və oyun zamanı fələstinli tərəfdarlara hücum edərək və təxribat törətməklə problem yaradıblar. Hollandiyada matçdan əvvəl və sonra baş verən hadisələr çərçivəsində 62 nəfər saxlanılıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Zəfər günü qazimizin oğlan övladı dünyaya gəldi, adını Zəfər qoydu – FOTO/VİDEO

Aynur Camal

22 iyul tarixi – “Əkinçi”

Aynur Camal

Süni intellekt 600 illik “Voyniç” əlyazmasının sirrini açdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu