İsrail Ali Məhkəməsi
Baş xəbərDünya

İsrailin Ali məhkəməsi baş nazirin istefası isə bağlı qanunu müzakirə edir

Bugun.tv xəbər verir ki, İsrail Ali Məhkəməsi baş nazirin istefasını çətinləşdirən qanunun ləğvi məsələsini nəzərdən keçirir. İsrail hökuməti hadisəyə reaksiya versə də, müxalifət Netanyahu administrasiyasını tənqid edir.

Parlamentin təsdiq etdiyi qanuna etirazlar Ali Məhkəmədə müzakirə olunur. Netanyahunun rəhbərlik etdiyi koalisiya hökuməti ləğvetmə işinin əleyhinədir.

Bəzi İsrailli nazirlər sosial media vasitəsilə Ali Məhkəmənin işə baxmasını tənqid ediblər. Müxalifətdən isə İsrail nazirlərinə əks reaksiya gəlib.

Keçmiş baş nazir və “Gələcək var” ana müxalifət partiyasının lideri Yair Lapid nazirləri “qanunları və məhkəməni tanımamaqda” ittiham edib. O bildirib ki, belə bir hökumət legitim deyil.

Ali Məhkəmənin qərarını elan etmək üçün bir neçə dinləmə keçirəcəyi gözlənilir.

Bugün TV

Oxşar xəbərlər

Avqustun 12-də 6 planet bir xəttdə düzüləcək

Aynur Camal

İran Körfəz ölkələrini xəbərdar etdi

Aynur Camal

Alimlər paslanmayan qədim dəmirin sirrini açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu