27 C
Baku
27 İyul 2024, 3:36
Dünya

İsrailin baş naziri Netanyahu İrana mesaj verdi

Bugun.tv xəbər verir ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binasına endirdiyi hava zərbəsi ilə iki ölkə arasında gərginlik artıb. Belə bir vaxtda baş nazir Binyamin Netanyahu ad çəkmədən Tehranı üstüörtülü hədələyib və “Kim bizə pislik etsə, biz də ona zərər verəcəyik”, – deyib.

İsrail baş nazirliyindən verilən yazılı açıqlamaya görə, baş nazir Netanyahu ölkədəki Tel Nof Hava Bazasını ziyarət edərək, İranın mümkün hücumu ilə bağlı qiymətləndirmələr aparıb.

Dəməşqdəki konsulluq binası hədəf alındıqdan sonra İranın İsrailə hücum ehtimalı müzakirə edilərkən, Netanyahu ölkəsinin müdafiə və hücum baxımından bütün təhlükəsizlik ehtiyaclarını qarşılayacaq vəziyyətdə olduğunu iddia edib.

İsrailin çətin bir dövrdən keçdiyini bildirən Netanyahu Qəzzada hücumları bütün sürəti ilə davam etdirdiklərini, digər tərəfdən də israilli məhbusların geri qaytarılması üçün mübarizə aparacaqlarını bildirib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

7,4 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri davam edir

Bugün TV

İsrail qüvvələri Fələstinin əmlakına ziyan vurub və Cenində çox sayda insanı həbs edib

Teymur Əziz

Qaradənizdə yük gəmisi partlayıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu