Baş xəbərDünya

İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayış baş verdi

Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında törədilən iki partlayışdan sonra üç isveçli saxlanılıb.

Kopenhagen polisinin sözçüsü Yens Jespersen verdiyi açıqlamada İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında yerli vaxtla saat 03.30 radələrində iki partlayışın baş verdiyini açıqlayıb.

Jespersen, tapıntıların partlayışların əl qumbaraları ilə törədildiyini göstərdiyini və hədəfin Kopenhagendəki İsrail səfirliyi olub-olmadığını hələ bilmədiklərini ifadə edib.

Partlayışın baş verdiyi ərazidə başqa səfirlik binalarının da olduğunu bildirən Jespersen, 15-20 yaşlarında 3 isveçlinin nəzarətə alındığını və şübhəlilər haqqında “qanunsuz silah saxlamaq” kimi ittihamların irəli sürüləcəyini qeyd edib.

Danimarkanın ədliyyə naziri Peter Hummelgaard hadisənin ciddi olduğunu bildirərək, “Ancaq səbəb barədə şərh vermək hələ tezdir” deyib.

Polis hadisə nəticəsində ölən və yaralanan olmadığını bildirib.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

ABŞ-Meksika ticarət danışıqlarında bu dəfə pendir adları mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu