25 C
Baku
27 İyul 2024, 4:16
Dünya

İsrailin gecə boyu Qəzzaya etdiyi hücumlarda onlarla fələstinli həlak olub

İsrailin Qəzza zolağına etdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla onlarla insanı öldürüb, yaralayıb, xalqı ac-susuz qalmağa məcbur edərək böyük humanitar fəlakətə səbəb olub.

Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları 228-ci gündə də davam edir.

Şimaldakı Beyt Lahiya bölgəsində Kehlut ailəsinin evinə edilən hava hücumunda 3 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Ölkənin cənubundakı Xan Yunus şəhərində Əbu Əmir və Əbu Tayr ailələrinin yaşadığı evlərin hədəfə alınması nəticəsində bir nəfər ölüb, çoxlu sayda yaralı var.

İsrail təyyarələrinin Misir-Qəzza sərhədində Əlillər Dərnəyinin arxasında bir qrup fələstinlini hədəf alması nəticəsində yaralananlar da olub. Yaralılara mülki müdafiə qrupları müdaxilə etdi.

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsində yerləşən Bureyc Qaçqınlar Düşərgəsinin şimalını bombalaması nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilib.

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 103-ü uşaq və 9 min 849-u qadın olmaqla 35 min 562 fələstinlinin həyatını itirdiyini, 1652 nəfərin yaralandığını açıqlamışdı.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İldırım vurması nəticəsində 10 nəfər öldü

Bugün TV

Ukrayna ordusunun qərar qəbul etmə mərkəzlərindən birini vuruldu

Aynur Camal

“Biz bu məsələni təmkinlə izləyəcəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu