Müxalifətdə olan İsrail Evimiz Partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman Qəzza zolağından qida, su və yanacaq daxil olmaqla, bütün humanitar yardımlardan məhrum edilməsini tələb edib.
İsrailin Qəzzaya hücumları oktyabrın 9-dan bəri davam edir. Dinc əhalini bombalayan İsrail ordusu sözün əsl mənasında soyqırım törədir.
Humanitar yardımın qarşısını almağa çalışan israillilər bölgədə sağ qalanları aclıq və xəstəliklə baş-başa buraxırlar.
Müxalifətdə olan İsrail Evimiz Partiyasının lideri və keçmiş müdafiə naziri Aviqdor Liberman Qəzza zolağından qida, su və yanacaq daxil olmaqla, bütün humanitar yardımlardan məhrum edilməsini tələb edib.
İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 715-i uşaq, 11 min 308-i qadın olmaqla 41 min 20 fələstinli həyatını itirib, 94 min 925 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Liberman, X sosial media platformasındakı paylaşımında, “Qəzzəyə edilən bütün humanitar yardımlar bu gün dayandırılmalıdır. Nə yemək, nə su, nə siqaret, nə yanacaq, nə də mal” deyib.
Qəzza zolağında məcburi köçkün olan təxminən 2 milyon fələstinli İsrailin bölgəyə tətbiq etdiyi məhdudiyyətlər, sərhəd qapılarını nəzarətə götürməsi, dərman və humanitar yardımların ölkəyə girişinin qarşısını alması səbəbindən çətin şərtlər altında sağ qalmaq üçün mübarizə aparır.
Mənbə: EnSonHaber