İsrail ordusunun Livana həyata keçirdiyi son hava zərbələri nəticəsində azı 10 nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı bildirilib.
Livanda yayılan məlumatlara görə, Beyrut şəhərinin cənubunda yerləşən Aramun və Saadiyat bölgələrinə endirilən hava zərbələri zamanı azı 6 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Digər hücum isə Baalbek şəhərinin Əl-Matraba məhəlləsini hədəf alıb. Bu zərbə nəticəsində azı 4 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb.
Hər iki hücumdan sonra dağıntılar altında qalan şəxslərin olduğu və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
İsrail Müdafiə Qüvvələri günün əvvəlində yaydığı açıqlamada İranla yanaşı Livana qarşı da genişmiqyaslı hücum dalğasına başlanıldığını bəyan edib.
Mənbə: Ensonhaber
