23 C
Baku
21 İyul 2024, 18:08
Dünya

İsrailin Qəzzaya hücumu nəticəsində 3 mülki vətəndaş həyatını itirdi

İsrail ordusunun Qəzzanın Şeyx Rıdvan rayonunda bir evi bombalaması nəticəsində biri qadın olmaqla 3 fələstinli həyatını itirib.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrailin Şeyx Rıdvan rayonunda bir evi bombalaması nəticəsində biri qadın olmaqla 3 fələstinli ölüb, bəziləri isə ağır yaralanıb.

Digər tərəfdən, Qəzza şəhərinə edilən hücumlarla eyni vaxtda Qəzza zolağının mərkəzi hissəsində Nusayrat Qaçqınlar Düşərgəsinin şimal-qərbində yerləşən Qəzza Vadisi ətrafı da sıx bombardmana məruz qalıb.

Qəzza Mülki Müdafiə Təşkilatından verilən yazılı açıqlamada, Rəfahın qərbində Tel əs-Sultan rayonunun Bi’r Kanada bölgəsində gecə saatlarında həyata keçirilən hücumda 2 fələstinlinin öldüyü bildirilib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbiylə İsrailə hərtərəfli hücuma keçdi”.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 337 fələstinli həlak olub, 85 min 299 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri 311-i quru işğalı prosesində olan 662 əsgərinin öldüyünü açıqlayıb.

24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün uzadılan qarşıdurmada “humanitar pauza” zamanı 81 İsrailli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.

2023-cü il oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 547 fələstinli həyatını itirib.

Mənbə: TrtHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Təcili yardım helikopteri 8 aylıq körpə üçün havaya qalxdı

Teymur Əziz

 Dövlət Baxçalı: “ABŞ Türkiyəyə edilən hər xəyanətin qoçudur”

Bugün TV

Netanyahudan ‘məhbus mübadiləsi’ qərarı!

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu