29 C
Baku
28 İyun 2025, 19:13
Baş xəbərDünya

İsrailin Qəzzaya hücumunda 7-si uşaq olmaqla eyni ailədən 9 nəfər həlak olub

Bugun.tv xəbər verir ki, İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda bir ailədən 7-si uşaq olmaqla 9 fələstinli həyatını itirib.

TRT Haber-in məlumatına görə, Səhiyyə mənbələrindən və hadisə şahidlərindən alınan məlumata görə, Qəzzanın cənubundakı Xan Yunus şəhərində fələstinli “əl-Başiti” ailəsinin yaşadığı ev İsrail qüvvələrinin hava hücumu nəticəsində vurulub. Hücumda ana, ata və 7 uşaq olmaqla, fələstinli “əl-Başiti” ailəsindən 9 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Hava hücumunda “El-Beşiti” ailəsinin yaşadığı ev tamamilə dağıldığı halda, ətrafdakı tikililərə də ziyan dəyib. İsrail qüvvələrinin sözügedən hücumu heç bir xəbərdarlıq və ya məlumat olmadan həyata keçirdiyi vurğulanıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

ABŞ-da türklər prezident Ərdoğanın qələbəsini qeyd edirlər

Aynur Camal

DSX ötən gün baş verən cinayətlərin xülasəsini yaydı

Bugün TV

Danimarkalı sənətçidən insanlıq dərsi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu