Baş xəbərDünya

İsrailin Qəzza qətliamı davam edir

İsrail ordusuna məxsus döyüş təyyarəsinin Qəzza zolağının mərkəzi bölgəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evə hava hücumu nəticəsində 3 fələstinli həlak olub.

Qəzzada günahsız insanları qətlə yetirən İsrail bu dəfə Nusayrat Qaçqınlar Düşərgəsindəki bir evə hava hücumu həyata keçirib.

Hücumda biri körpə olmaqla 3 fələstinlinin öldüyü, çoxlu sayda yaralının isə düşərgədəki Əl-Avde xəstəxanasına aparıldığı bildirilib.

Yaralılar arasında körpə də var…

Mənbələr xəstəxanaya yerləşdirilənlər arasında ağır yaralı körpənin olduğunu bildirib.

Şahidlər bildiriblər ki, İsrail döyüş təyyarəsi Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin mərkəzində Əbu Həmid kəsişməsi ətrafında toplaşan vətəndaşları hava hücumu ilə hədəf alıb.

Hadisə şahidləri hücumda ölən və yaralananların olduğunu, ölən və yaralananların şəhərdəki Nasser xəstəxanasına aparıldığını bildirib.

Hadisə şahidləri hücumda ölən və yaralananların sayı barədə məlumat verməyiblər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

PFAS və mikroplastiklər içməli su üçün ciddi təhlükə yaradır

Aynur Camal

NASA: Yeraltı su sistemləri Böyük Kanyonun su dövranını izah edir

Aynur Camal

Bakı Forumu qlobal mənzil böhranı üçün yol xəritəsi kimi qiymətləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu