Dünya

İsraillə diplomatik əlaqələrini kəsən Kolumbiyanın səfiri ölkəni tərk etdi

Qəzzada Fələstin xalqını bombalayan və qətliam edən İsraillə diplomatik əlaqələrini kəsən Kolumbiyanın səfiri ölkəni tərk edib.

Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdikdən sonra İsrailin Boqotadakı səfiri ölkəni tərk edib. İsrailin Boqotadakı səfiri Qali Daqan sosial media hesabında paylaşdığı videoda “Çox sağ olun, Kolumbiya. Bizə çox mehriban oldunuz. Qardaş ölkələrimiz və xalqlarımız arasında dostluq üçün iki il yorulmadan çalışdınız. Mən artıq sənin üçün darıxmağa başlamışam” deyib.

Yerli mətbuatın məlumatına görə, Kolumbiyanın Təl-Əvivdəki səfiri Marqarita Manjarrez də iyunun sonuna kimi İsraildəki diplomatik missiyasını başa vuracaq.

Kolumbiya prezidenti Qustavo Petro mayın 1-də verdiyi açıqlamada Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlara görə İsraillə diplomatik əlaqələrin kəsiləcəyini açıqlayıb.

İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro, “Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir; biz soyqırım dövrünə qayıda bilmərik. Biz dayanıb insanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölürsə, bəşəriyyət də ölür” ifadəsini işlətdi.

Mənbə: TGRT

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu