21 C
Baku
13 Oktyabr 2025, 19:09
DünyaSiyasət

İsrailli girovların ilk qrupu Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib

7 israilli girovdan ibarət ilk qrup Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib. İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına əsasən, cəmi 20 canlı girov 1900-dən çox fələstinli məhbusla dəyişdiriləcək.

Azad edilən israillilərin ailələri və dostları İsrail televiziyasının girovların təhlükəsiz olması xəbərini alqışlayıblar, AP xəbər verir. Media xəbərləri canlı yayımlayır və ölkə boyu on minlərlə israilli izləyir. İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan bildirib ki, azad edilən girovlar hərbi bazaya, lazım gələrsə, xəstəxanalara aparılacaq.

Qəzza zolağında atəşkəs ABŞ prezidenti Donald Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də Misirdə sazişin imzalanma mərasimi keçiriləcək.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yenə yardımın Qəzzaya çatmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etdilər

Aynur Camal

Yenidən iki zəlzələ baş verib

Bugün TV

“Qaynar” beynəlxalq məsələləri Rusiyasız həll etmək mümkün deyil – səfir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu