26 C
Baku
18 Sentyabr 2026, 14:54
DünyaSiyasət

İsrailli girovların ilk qrupu Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib

7 israilli girovdan ibarət ilk qrup Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib. İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına əsasən, cəmi 20 canlı girov 1900-dən çox fələstinli məhbusla dəyişdiriləcək.

Azad edilən israillilərin ailələri və dostları İsrail televiziyasının girovların təhlükəsiz olması xəbərini alqışlayıblar, AP xəbər verir. Media xəbərləri canlı yayımlayır və ölkə boyu on minlərlə israilli izləyir. İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan bildirib ki, azad edilən girovlar hərbi bazaya, lazım gələrsə, xəstəxanalara aparılacaq.

Qəzza zolağında atəşkəs ABŞ prezidenti Donald Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də Misirdə sazişin imzalanma mərasimi keçiriləcək.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ kosmosda və Ay ətrafında mümkün döyüşlərə hazırlaşır

Aynur Camal

“Ölmək qadağandır!” Tayland baş nazirindən əcnəbilərə sərt xəbərdarlıq

Aynur Camal

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu