14 C
Baku
23 Noyabr 2024, 14:05
Baş xəbərDünya

İsrailli müştərilərə oteldən imtina etdilər!

İtaliyanın şimalındakı Selva di Kadore qəsəbəsindəki bir otelin israilli müştəriləri “soyqırımdan məsul bir ölkədən” gəldiyini əsas gətirərək qəbul etmədiyi bildirilib.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimalından keçən Alp dağlarının ətəyində yerləşən Selva di Cadore kurortunda yerləşən Garni Ongaro otelinin meneceri Patrik Onqaro yaşayış üçün gələn bir qrup israilli müştərini qəbul etməyib. Fələstinlilərə qarşı soyqırımından məsul bir ölkədən gəldilər.

Noyabrın əvvəlində baş verən hadisədə qeyd edilib ki, sözügedən müştərilərə göndərilən mesajda obyekt rəhbəri onları otelə qəbul etməmələrinin səbəbini açıqlayıb və həmçinin, rezervasiyalarını pulsuz olaraq ləğv etməyi təklif edib.

Otel sahibini dəstəkləyən mesajlar Instagram və X kimi müxtəlif sosial media platformalarında Fələstini dəstəkləyən bir çox istifadəçi və hesabdan paylaşılıb. Selva di Cadore qəsəbəsinin yerləşdiyi Veneto Bölgəsinin prezidenti Luca Zaia bu vəziyyətdən narahat olduğunu və bölgənin qapılarının hər kəsə açıq olması lazım olduğunu bildirdi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Karxanada partlayış oldu: 4 nəfər öldü

Bugün TV

Bir qutuda bütöv bir idman zalı təqdim edildi

Aynur Camal

Generativ süni intellektə ayrılan qlobal xərclər 2027-ci ildə 151 milyard dolları ötəcək

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu