19 C
Baku
8 Sentyabr 2024, 3:19
Baş xəbərDünya

İsraillə toqquşmaların baş verdiyi Livanın cənubunda 19 mindən çox insan didərgin düşdü

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı İsraillə qarşıdurmaların yaşandığı Livanın cənubunda 19 646 nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb. Beynəlxalq Miqrasiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika Müdirliyi oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında qarşıdurmaların davam etdiyi Livanın cənubunda daxili köçlə bağlı X sosial media platformasında açıqlama verib.

TRT Haber-in məlumatına görə, Açıqlamada 19 min 646 livanlının Livanın cənub sərhədindəki hadisələrə görə evlərini tərk etməli olduğu bildirilib. Oktyabrın 8-dən sərhəddə İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir. Qarşıdurmalarda indiyədək 26 Hizbullah üzvü, 6 Fələstin İslami Cihad Hərəkatı, 3 Həmas və 2 Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadası üzvü həlak olub, biri jurnalist də daxil olmaqla 4 mülki vətəndaş həyatını itirib. Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Balkon çökdü, 63 yaşındakı qadın yaralandı

Bugün TV

Kanadanın Toronto Universitetində Fələstin tərəfdarları aksiyalarını bitirirlər

Şükufə Ramizqızı

Mərmərə adasındakı yanğın davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu