Baş xəbər

İşsiz və işaxtaran şəxslərin diqqətinə!

Özünüməşğulluq proqramının fəaliyyət sahələri üzrə zərflər siyahısına yeni istiqamətlər əlavə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər də əlavə olunub.

Siyahıya:

• “Qəssab dükanı”,

• “Kotançılıq”,

• “Özünəxidmət avtoyuma”,

• “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”,

• “Avtorazval xidmətləri”  istiqamətləri də daxil edilib.

İşsiz və işaxtaran şəxslər həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.

Həmçinin, proqram çərçivəsində təklif edilən digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.

Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Rusiya bəzi dövlətlərə rouminqi ləğv edəcək

Aynur Camal

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Bugün TV

Hamımızın unutmadığı yarımçıq qalan işlər

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu