Bugun.tv xəbət verir ki, İstanbulu su ilə təmin edən bəndlərin doluluq nisbəti 32,38%-ə çatıb. Son 9 ilin ən aşağı səviyyəsini görən bəndlərdəki quraqlıq havadan izlənilib.
İSKİ-in məlumatlarına görə, Büyükçekmece Barajında keçən il 68,13 olan su səviyyəsi bu gündən etibarən 12,02 səviyyəsinə enib.

Ötən il 39,41 olan Alibeyköy Anbarında suyun səviyyəsi bu gün 14,96-ya çatıb.
Havadan çəkilən görüntülər də bəndlərdəki vəziyyəti üzə çıxarıb. Əvvəllər su olan yerlərdə qoyunların otladığı görülüb.

Suların çəkildiyi yerlərdə torpaq çatlamış və ətrafdakı plastik tullantılar üzə çıxıb.
Müxbir: Şəms Elnurqızı