Baş xəbərHadisə

İstanbul bəndlərində suyun səviyyəsi qorxulu həddə çatdı – FOTOLAR

Bugun.tv xəbət verir ki, İstanbulu su ilə təmin edən bəndlərin doluluq nisbəti 32,38%-ə çatıb. Son 9 ilin ən aşağı səviyyəsini görən bəndlərdəki quraqlıq havadan izlənilib.

İSKİ-in məlumatlarına görə, Büyükçekmece Barajında ​​keçən il 68,13 olan su səviyyəsi bu gündən etibarən 12,02 səviyyəsinə enib.

İstanbulda su bəndlərində quraqlıq
Su bəndlərində quraqlıq

Ötən il 39,41 olan Alibeyköy Anbarında suyun səviyyəsi bu gün 14,96-ya çatıb.

Havadan çəkilən görüntülər də bəndlərdəki vəziyyəti üzə çıxarıb. Əvvəllər su olan yerlərdə qoyunların otladığı görülüb.

İstanbulda quruyan ərazilər otlaq oldu
Quruyan ərazilər otlaq oldu

Suların çəkildiyi yerlərdə torpaq çatlamış və ətrafdakı plastik tullantılar üzə çıxıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu