DünyaHadisə

Türkiyədəki partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb -YENİLƏNİB-VİDEO

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

Bugun.tv Türkiyə mediasına istinadən bildirir ki, Yerlikaya açıqlamasında bunları deyib:

“Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var. Hadisələr ictimaiyyətlə paylaşılacaq”.

Partlayışın səbəbi hələlik məlum deyil.

***

17:44

İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib.

 Bugun.tv verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.

Türkiyədə yaşayan soydaşlarımızın Bugun.tv-yə verdiyi məlumata görə, partlayış hadisəsi baş verdikdən sonra sosial şəbəkə platformalarının və mobil telefonların fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Hizbullah Dəmir Qübbəni hədəf aldı

İntizar Əmirova

İsrail ordusu diqqətini Livana yönəldib

Aynur Camal

ABŞ-da silahlı hücum: 2 ölü, 28 yaralı var

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu