Baş xəbərDünya

İstanbulda BMT-nin regional ofisi yaradılacaq

İstanbulda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiya Regional Ofisi yaradılacaq.

Bugun.tv xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsi son iclasında BMT-nin İnkişaf Koordinasiya Mərkəzinin İstanbulda Regional Ofisinin yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Layihənin yeni ildə TBMM-in Baş Məclisində müzakirəyə çıxarılması gözlənilir.

İstanbulda yaradılacaq ofis BMT-nin Avropa və Mərkəzi Asiya üzrə 18 rezident əlaqələndiricisinə dəstək verəcək. Bununla əlaqədar açıqlama verən xarici işlər nazirinin müavini Burak Akçapar bildirib ki, həmin ofisin yaradılması Türkiyənin İstanbulu Nyu-York və ya Cenevrə kimi BMT mərkəzinə çevirmək vizyonuna uyğundur və bu məqsədə xidmət edir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu gün tarixi qələbənin ildönümü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu