7 C
Baku
21 Yanvar 2025, 20:22
Dünya

İsti duş qəbul edən adam ayağını itirdi! Həkimlər xəbərdarlıq ediblər

Tayvanda yaşayan 53 yaşlı Ah Quan adlı kişi isti duş qəbul etdikdən qısa müddət sonra xəstəxanaya yerləşdirilib. Ayaqlarında yanıqlar və qabarıqlar olan şəxsin bir ayağı amputasiya edilib. Hadisədən sonra həkimlər xəbərdarlıq ediblər.

Tayvanda yaşayan 53 yaşlı Ah Quan adlı kişi isti su ilə duş qəbul edərək xəstəxanaya yerləşdirilib. Quanın ayaqlarında ciddi yaralar olsa da, həkimlər 53 yaşlı kişinin 2-ci tip şəkər xəstəliyinə tutulduğunu, lakin uzun müddət qan şəkərinə nəzarət etməyi laqeyd etdiyini bildiriblər.

Qan şəkərinə nəzarət etməməsi ayağındakı sinirlərin ətrafındakı kiçik damarlara ciddi ziyan vurub, isti su ilə yaralar daha da dərinləşib.

Yaralar antibiotik müalicəsi ilə sağalsa da, 4 barmağı xilas etmək mümkün olmayıb. Bu zaman həkimlər xəstənin həyatını xilas etmək üçün ayağını amputasiya etməli olublar. Tayvan Veteranlar Xəstəxanasının Metabolizma Şöbəsinin həkimi Dr. Yu-Rui Çanq, “Şəkərli diabetdə yüksək qan şəkəri asanlıqla damarlara zərər verə bilər. Bu, neyropatiya və retinopatiyaya səbəb ola bilər. Buna görə də qan şəkərinin səviyyəsinin idarə olunmasına böyük əhəmiyyət verilməlidir” deyib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

İranda havanın çirklənməsi 50 min insanın ölümünə səbəb olub

Aynur Camal

Prezident Ərdoğanın Səudiyyə Ərəbistana səfəri

İntizar Əmirova

“Qəzzada atəşkəs razılaşması olsa, İran İsrailə hücum etməyəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu