Bugün.tv xəbər verir ki, Ukraynanın şərqində partlayışlar nəticəsində İstilik elektrik stansiyası zədələnib. Bu barədə enerji şirkəti “Ukrenerqo” Telegram kanalında paylaşıb.
Avadanlıqların xarab olduğu bildirilib. Qurum İES-in ölkənin hansı bölgəsində yerləşdiyini dəqiqləşdirməyib.
“Ukrenerqo” bildirib ki, iki İES bloku qəzalı təmirə çıxıb. Daha üç blokda isə təmir işləri uzadılıb.
Respublikanın enerji sistemində elektrik çatışmazlığı yoxdur. Ukrayna Rumıniya, Slovakiya və Moldovadan enerji idxalını davam etdirir. “Ukrenerqo”nun nümayəndələri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırıblar.
Məlum olub ki, Ukraynada mindən çox yaşayış məntəqəsi pis hava şəraitindən işıqsız qalıb. Ən çox elektrik enerjisi kəsilməsi Ukraynanın Dnepropetrovsk, Odessa, Nikolaev və Kirovoqrad vilayətlərində baş verib.
Mənbə: Lenta.ru
Müxbir: Qaytən Qasımzadə