Siyasət

İstilik elektrik stansiyalarında partlayışlar baş verib

Bugün.tv xəbər verir ki, Ukraynanın şərqində partlayışlar nəticəsində İstilik elektrik stansiyası zədələnib. Bu barədə enerji şirkəti “Ukrenerqo” Telegram kanalında paylaşıb.

Avadanlıqların xarab olduğu bildirilib. Qurum İES-in ölkənin hansı bölgəsində yerləşdiyini dəqiqləşdirməyib.

“Ukrenerqo” bildirib ki, iki İES bloku qəzalı təmirə çıxıb. Daha üç blokda isə təmir işləri uzadılıb.

Respublikanın enerji sistemində elektrik çatışmazlığı yoxdur. Ukrayna  Rumıniya, Slovakiya və Moldovadan enerji idxalını davam etdirir. “Ukrenerqo”nun nümayəndələri vətəndaşları elektrik enerjisinə qənaət etməyə çağırıblar.

Məlum olub ki, Ukraynada mindən çox yaşayış məntəqəsi pis hava şəraitindən işıqsız qalıb. Ən çox elektrik enerjisi kəsilməsi Ukraynanın Dnepropetrovsk, Odessa, Nikolaev və Kirovoqrad vilayətlərində baş verib.

Mənbə: Lenta.ru

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Pentaqonda kimyəvi həyəcan: Bir neçə mərtəbə təxliyə edildi

Aynur Camal

Kim Çen In Putini Rusiyanın Milli Günü münasibətilə təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu