17 C
Baku
24 Aprel 2026, 16:52
DünyaHadisəKriminal

İsveç prokurorluğu casusluqda şübhəli bilinən rusiyalı qadını azad etdi

İsveç prokurorluğu sənaye casusluğu şübhəsi ilə saxlanılan rusiyalı qadını azad edib.

Bugun.tv xəbər verir ki, bu barədə prokuror Ceyms fon Reis bildirib.

“Cümə axşamı günü saxlanılan şəxsə qarşı şübhələr zəifləyib. Həmçinin, həbs üçün kifayət qədər əsas yox idi. Buna görə də mən bu gün bu şəxsi azad etmək qərarına gəldim”, – deyə prokuror bildirib.

İbtidai istintaq davam etdirilir.

Məsələ ilə bağlı Ceyms fon Reisdən əlavə şərh almaq mümkün olmayıb. Prokurorluğun mətbuat xidməti isə bu barədə məlumat verməyib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu