Baş xəbərDünya

İsveçdə məktəblərdə smartfonlar qadağan edildi

İsveç hökuməti məktəblərdə ağıllı mobil telefonları qadağan etmək qərarına gəlib. Tətbiqin 2026-cı il iyulun 1-dən başlayacağı açıqlanıb.

İsveçin təhsil naziri Lotta Edholm keçirdiyi mətbuat konfransında ölkə daxilində ibtidai və orta məktəblərdə ağıllı mobil telefonların qadağan edildiyini açıqlayıb.

Şagirdlərin mobil telefonlarının sinifə girmədən toplanaraq seyfdə kilidlənəcəyini bildirən Edholm müəllimlərin cib telefonlarını uyğun gördükləri yerə qoyub dərs zamanı istifadə etməyəcəklərini bildirib.

Edholm məktəblərdə ağıllı mobil telefonlara qadağanın 2026-cı il iyulun 1-dən başlayacağını açıqlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu