Bugun.tv xəbər verir ki, Konsumentverket alternativ olaraq “opt-in” sisteminin tətbiqini təklif edir. Bu sistemdə şirkətlər yalnız əvvəlcədən onlarla əlaqə saxlanılmasını arzulayan müştərilərə zəng edə bilərlər. Təşəbbüs bu sahənin təşkilatçılarının tənqidi ilə qarşılanıb. “Kontakta” assosiasiyasında bildiriblər ki, agentlik səlahiyyətlərini aşıb, çünki hökumətin tapşırığında tam qadağa məsələsindən söhbət getmir. “Qarşıya qoyulan tapşırıq mövcud telefonla satış praktikasını nəzərdən keçirmək və müəyyən məhsul, xidmət və ya sahələr üzrə əlavə tədbirlərin və ya qaydaların sərtləşdirilməsinin lazım olub-olmadığını müəyyənləşdirmək idi. Burada isə hökumətin göstərişinə zidd hərəkət edilir. Mənim fikrimcə, bu, dövlət qurumunun açıq-aşkar aktivizmidir ki, bu da İsveçdə yolverilməzdir”, – deyə “Kontakta” nümayəndələri qeyd ediblər.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
