25 C
Baku
27 İyul 2024, 4:08
Dünya

İtaliya-Fələstin görüşü | Meloni davamlı sülhə çağırır

İtaliyanın baş naziri Corciya Meloni və Fələstinin baş naziri Məhəmməd Mustafa Romada görüşüb. Meloni bütün girovları azad etməyə çağırıb və mülki şəxslərə yardımın paylanmasını yaxşılaşdırmaq üçün beynəlxalq səyləri dəstəklədiyini bildirib. Meloni iki dövlətli həllə əsaslanan daimi sülhə də toxunub. İtaliyanın ifrat sağçı baş naziri Giorgia Meloni ölkəsinin Qəzzada davamlı atəşkəs əldə edilməsinə dəstəyini ifadə edib.

Bu gün Romada Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşən Meloni bildirib ki, o, Qəzzada Həmas tərəfindən saxlanılan bütün girovların azad edilməsi və Qəzzada mülki əhaliyə humanitar yardımın paylanmasında ciddi irəliləyiş əldə edilməsi üçün beynəlxalq səyləri dəstəkləyir.

Ofisindən verilən açıqlamada İtaliyanın mühasirədə olan bölgəyə daha çox yardım çatdırmaq üçün müxtəlif beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıqda başlatdığı Qəzzaya qida təşəbbüsü üçün maliyyəni artıracağı bildirilib.

“Görüş zamanı baş nazir Meloni iki dövlətli həllə əsaslanan davamlı sülhə gətirib çıxaracaq siyasi prosesin yenidən başlanmasının zəruriliyini də təkrarlayıb”, – məlumatda deyilir.

İtaliya mətbuatının məlumatına görə, xarici işlər naziri Antonio Tajani də Mustafaya bildirib ki, İtaliya hökuməti Fələstinli mülki vətəndaşlar üçün 35 milyon avro yeni maliyyə vəsaiti ayırıb, bunun 5 milyon avrosu BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) gedəcək.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

BMT: Qəzza zolağında yardımın paylanması demək olar ki, mümkün deyil

Aynur Camal

Dəhşətli qəza! Avtobus dərəyə uçdu

Aynur Camal

Uşaq məhbuslara işgəncə və pis rəftar edən 13 mühafizəçi saxlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu