21 C
Baku
28 İyun 2025, 0:10
Baş xəbərDünya

İtaliya hökuməti ingilis sözlərindən istifadəni qadağan edir

Əsasən rəsmi ünsiyyətdə ingilis və digər xarici sözlərdən istifadə edən italyanları baş nazir Giorgia Meloni-nin İtaliya Qardaşları partiyasının təqdim etdiyi yeni qanuna əsasən, 100.000 avroya (108.705 dollar) qədər cərimə gözləyir.

Baş nazirin dəstəklədiyi “xilas etmək və məhv olmaqdan qorumaq” məqsədli – qanun layihəsini parlamentin aşağı palatasının üzvü, millət vəkili Fabio Rampelli təqdim edib.

Onun sözlərinə görə, qanunvericilik bütün xarici dilləri əhatə etsə də, o, xüsusilə “Anglomania” və ya ingilis sözlərindən istifadəyə yönəlib. Çünki burda italyan dili “alçaldılır və təhqir edilir ”.

Eyni zamanda qeyd edilib ki, artıq demək olar ki, Böyük Britaniyanın  bir hissəsi özü ingilis dilindən istifadə etmir.

Hələ parlamentin müzakirəsinə çıxarılmayan qanun layihəsi dövlət idarəçiliyində vəzifə tutan hər kəsdən “yazılı və şifahi halda italyan dilini bilməsi” tələbi özəksini tapıb. Həmçinin ölkədə fəaliyyət göstərən şirkətlərdə rəsmi sənədlərdə ingilis dilindən istifadə qadağan edilib.

Bu qanun layihəsinin necə ortaya çıxdığı ilə bağlı suala millət vəkili, “bunun iki səbəb var. Birincisi, demokratik dövlətdə rəsmi dil ölkənin öz dili olmalıdır, əks təqdirdə bu demokratiya olmaz, ikincisi, qloballaşma prosesləri demək olar ki, dünyada ana dillərini risk altına atdığı açıq-aydın görünür. Ümumiyyətlə Anglomania-nın bütövlükdə cəmiyyətəmizə digər mənfi təsirləri də var” – cavabını verib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

400 illik ənənə 2026-cı ildə başa çatır

Aynur Camal

Dünya ölkələrinin maraqlı Yeni il adətləri

Nigar Məmmədova

Donuzdan qorunmağa çalışan şəxs ehtiyatsızlıqdan özünü güllələdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu