Baş xəbərSiyasət

“Təəssüf ki, 2 aprel bizim üçün kədər tarixi kimi xarakterizə olunub”

“Kəlbəcərin uzun illər işğal altında qalmağı təkcə torpaqlarımızın qəsb edilməsi baxımından deyil, həm də orada olan maddi-mənəvi irsimizin, dini abidələrimizin, eyni zamanda Azərbaycana aid bütün sərvətlərin vandalcasına və kobudcasına terorrora məruz qalması deməkdir. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə Kəlbəcərdə ermənilərin törətdiyi qırğınlara beynəlxalq təşkilatlar tərəfindən obyektiv reaksiya verilmədi. Hələ də Kəlbəcərin Başlıbel bölgəsindəki qətliama, oradakı günahsız körpə və qadınların ermənilər tərəfindən terrora məruz qalmağına indiyə kimi səs çıxarılmayıb”.

Bu fikri politoloq Tural İsmayılov Bugun.tv-yə özəl müsahibəsi zamanı bildirib.

“Mən hesab edirəm ki, Kəlbəcərin işğal edilməsi, həm də Qarabağa gedən yolda çox mühim strateji bir yerin qəsb edilməsi demək idi. Ermənilərin Kəlbəcəri etdiyi   dövrdə hakimiyyətdə olan AXCP və Müsavat cütlüyünün də yarıtmaz fəaliyyətinin rolu var idi. Məhz, hakimiyyət və klanlar arasında baş verən çəkişmələr, torpaqların müdafiəsinə lazımi diqqətin ayırılmaması, nəticədə Kəlbəcərin işğalı faktoruna səbəb oldu. Lakin cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan uğurlu hərbi qələbədən sonra, Kəlbəcər kimi çətin relyefə və eyni zamanda, mürəkkəb coğrafi struktra malik olan və Azərbaycanın ərazi baxımından ən böyük bölgəsini bir güllə atmadan və şəhid vermədən, işğaldan azad etdi”,- T.İsmaylov qeyd etdi.

“Düşünürəm ki, böyük qətliamlarla və işğalçı siyasətlə ermənilərin əlinə keçən Kəlbəcərin dövlətimizin diplomatik məharəti nəticəsində geri qaytarılmasının bizim üçün çox böyük əhəmiyyəti var.
Artıq Kəlbəcər rayonunda böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Cari ildə Laçına köç baş verəcək. Daha sonra isə Kəlbəcərə məcburi köçkünlərimizin qayıdacağı gözlənilir. Kəlbəcərdə arıçılıq və müxtəlif fermer təsərrüfatları yaradılıb. Həmçinin, Kəlbəcərin işğaldan azad olmağının bizim üçün mənəvi tərəfdən də çox böyük əhəmiyyəti var. Çünki Kəlbəcər Ermənistanla sərhəddə mühim nöqtəyə malikdir. Və mən hesab edirəm ki, məhz, Kəlbəcər kimi önəmli şəhərdə quruculuq və abadlıq işləri görüldükdən sonra Kəlbəcər təkcə regionun deyil, dünyanın önəmli turizm məkanlarından birinə çeviriləcək”,- politoloq bildirdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Tramp ona qarşı açılan son iddiada hakimin dəyişdirilməsini xahiş edir

Bugün TV

Vaqnerin təsiri belə oldu

Bugün TV

Almaniya Türkiyə və Suriyaya 3 aylıq viza verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu