Dünya

İtaliya İsrailə etiraz notası göndərdi

İtaliya Ramallah yaxınlığında, işğal altındakı Qərb Şəriyədə baş verən insidentdən sonra İsrail hökumətinə rəsmi etiraz notası göndərib. Hadisə zamanı Qüdsdəki İtaliya Baş Konsulluğunda çalışan iki italyan karabineri zabiti silahlı bir şəxs tərəfindən təhdid edilib.

İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, insident Avropa İttifaqı səfirlərinin planlaşdırılan səfəri ərəfəsində baş verib. Zabitlər Fələstin ərazisində yerləşən kənddə hazırlıq məqsədilə kəşfiyyat apararkən, mülki geyimli və İsrail sakini olduğu ehtimal edilən silahlı şəxs tərəfindən tüfəng tuşlanaraq hədələniblər. Zabitlər vəziyyəti gərginləşdirməmək üçün qarşılıq verməyiblər.

Sonradan İsrailin müvafiq qurumları ilə aparılan yoxlamalar nəticəsində ərazinin hərbi zona olmadığı təsdiqlənib. Zabitlər insidentdən sonra təhlükəsiz şəkildə Baş Konsulluğa qayıdıblar.

İtaliyanın xarici işlər naziri Antonio Tajaninin göstərişi ilə etiraz notası İsrailin Xarici İşlər Nazirliyinə, ordusuna və təhlükəsizlik qurumlarına təqdim edilib. Bundan əlavə, İsrailin Romadakı səfiri Conatan Peled izahat vermək üçün İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik hadisə ilə bağlı İsrailə “kəskin narazılıq və ciddi etiraz” bildirildiyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Lavrovdan Yaponiyaya sərt reaksiya: “Əxlaq sərhədini aşdılar”

Aynur Camal

35 il əvvəl tərk edilən ərazi təbiətə çevrildi: Onu qorumaq üçün kampaniya başlatdı

Aynur Camal

Tramp: İranla heç bir danışıqlar aparılmır, neft qiymətləri iyuldan bəri ən yüksək həddə çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu