İtaliyanın Abruzzo bölgəsindəki Penne qəsəbəsi əhali itkisinin qarşısını almaq üçün evləri 1 avroya satmağa başlayıb. Alıcılar üç il ərzində bərpa etməyi öhdəsinə götürməli və 2 ilə 5 min avro arasında depozit ödəməlidirlər. Təmir başa çatdıqdan sonra depozit geri qaytarılacaq.
İtaliyanın Abruzzo bölgəsində Adriatik sahilləri ilə Qran Sasso dağları arasında yerləşən Penne qəsəbəsi 1 avroya satılan evləri ilə diqqət çəkir.
CNN İnternational-ın məlumatına görə, əhali itkisinin dayandırılması və tərk edilmiş binaların istifadəyə verilməsi üçün başlatılan layihədə alıcıların üç il ərzində bərpa işləri aparması gözlənilir. Onlar həmçinin 2-5 min avro arasında depozit ödəməlidirlər; Təmir başa çatdıqdan sonra bu məbləğ geri qaytarılır.
Penne Bələdiyyə Başçısı Petrucci bildirib ki, ev sahiblərinə təmir prosesində onlara rəhbərlik etmək üçün memarlar və ekspertlər qrupu təqdim edilib. Kiçik və orta ölçülü bir evin əsas təmir dəyərinin təxminən 20 min avro olduğu bildirilir.
Mənbə: Ahaber