22 C
Baku
10 Sentyabr 2026, 11:08
Baş xəbərDünya

İtaliyada dəhşətli zəlzələ: 4,4 bal gücündə- VİDEO

İtaliyanın Neapol şəhəri yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib. Şiddətli zəlzələ nəticəsində ərazidə yaşayan sakinlər gecəni küçədə keçirərkən, binalara ziyan dəyib. Evin qismən çökməsi nəticəsində bir nəfər xəsarət alıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) verdiyi açıqlamaya görə, yerli vaxtla saat 01.25-də 4,4 bal gücündə zəlzələ baş verib, episentri Pozzuoli olub.

Yerin 3 kilometr dərinliyində qeydə alınan zəlzələ bütün Neapol əyalətində hiss olunub. Güclü sarsıntı Pozzuoli və Baqnolidə binalara ziyan vurub.

Dağıntı parçaları küçələrə düşərkən, bəziləri dayanmış avtomobillərə dəyib. Bagnolidə bir evin qismən uçması nəticəsində bir qadın yaralanan dağıntılar altından xilas edilib.

Yerli sakinlər təşviş içində çölə çıxıb və çoxlu insan gecəni küçədə keçirib. Bu gün Pozzuoli, Bagnoli və Bacoli şəhərlərindəki məktəblərdə təhsil dayandırılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Dünya avqustda rekord istilik yaşadı: alimlərdən xəbərdarlıq

Aynur Camal

Şimali Karolinada nəhəng bataqlıq ərazisi xilas edilir

Aynur Camal

Trampın təyyarəsində həyəcanlı anlar: təxliyə sürüşkəni açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu