17 C
Baku
18 Oktyabr 2024, 6:37
Baş xəbərDünya

İtirilmiş telefon üçün bütün kanalı boşaltdı

Bugun.tv xəbər verir ki, Hindistanda bir məmur Rajesh Vishwas selfi çəkdirərkən Kherkatta bəndinə düşən telefonunu geri almaq üçün hərəkətə keçib.

Belə ki, o suya düşən telefonunu tapmaq üçün 2 milyon litr suyu boşaltdırıb. Və nəticədə istintaqa cəlb olunub.

İlk öncə anbara düşən 1200 dollar dəyərində telefonunu tapmaq üçün ilk olaraq bölgədəki dalğıclara müraciət edən Vişvas, səyləri nəticəsiz qaldıqdan sonra pulunu ödədiyi dizel yanacaqlı su nasosunu işə salıb.

Telefonu xilas etmək üçün işə salınan su nasosu 3 gündə 2 milyon litr suyu bənddən boşaldıb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə istintaq açılıb.

Hadisədən sonra qanun pozuntusuna görə araşdırılan Vişvas, istintaqa bildirilib ki, su boş yerə axıdılmayıb. O vurulan suyun yaxınlıqdakı suvarma kanalına yönəldiləcəyini və fermerlərin istifadəsinə veriləcəyini bildirib.

Bildirilib ki, axıdılan su 600 hektar kənd təsərrüfatı sahəsini təmin etməyə kifayət edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Safe Karabakh” mobil tətbiqi qalib gəldi

Aynur Camal

İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tanker ələ keçirib: 9 nəfər saxlanılıb

Teymur Əziz

Dünyanın ilk 1 km-lik göydələnin tikintisinin tamamlanma tarixi açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu