Mədəniyyət

 VI “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalı keçirildi – FOTO +VİDEO

Bugun.tv xəbər verir ki, Bakıda “Heydər Əliyev İli” ilə bağlı VI “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalı olub. Tədbir Yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilib.

Bu barədə Bugun tv-yə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov məlumat verib. Festival Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, tədbirdən öncə VI “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalının mövzusu “Güllər” olan uşaq yaradıcılıq müsabiqəsi elan edilib. Müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc qatılıb. 3000-dən çox əsər göndərilib. Sərgidə 800-dən çox əsər seçilib. Bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzində də nümayiş olunub.

Sərgilənən əsərlərin arasından seçilmiş hər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə, 30 uşaq IV “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalında iştirak edib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

1965-ci ildə yazılmış və indiyədək yayımlanmayan David Bowie mahnıları işıq üzü görəcək

Aynur Camal

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu