11 C
Baku
17 Aprel 2026, 7:34
Digər

İyunda qar və daşqın: VİDEO

 Ötən gecə yağan güclü yağıntı nəticəsində Soçi küçələri çaylara çevrilib, iyunun 16-da səhər saatlarında Krasnaya Polyana dağlarına yaş qar yağmağa başlayıb. Videonu Kuban 24 Telegram kanalı yayıb.

Eyni zamanda, “Soçi No1” Teleqram kanalının məlumatına görə, fırtına səbəbindən bir sıra küçələr bir müddət işıqsız qalıb. Həmçinin bir gecədə səkkiz ağac aşıb. Bundan əlavə, fırtına xəbərdarlığı ilə əlaqədar şəhər rəhbərliyi bir neçə çimərliyi bağlayıb. Soçinin Daqomıs şəhərində İra çayı məcrasından çıxıb. Yol xidmətləri hadisə yerinə yola düşüb. Sinoptiklər yağışların iyunun 17-dək dayanmayacağını bildirirlər. Mütəxəssislər daha əvvəl Rusiyanın bu həftə soyuq hava və yağış yağacaq regionlarının adını çəkiblər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Fransa Fələstinli hüquq müdafiəçisinin ölkəyə girişinə icazə vermədi

Aynur Camal

Ayımız necə yaranıb? Yeni tədqiqat maraqlı detal ortaya çıxardı

Aynur Camal

“Miss İran” namizədi Cənubi Koreyanın İrana yardım qərarını tənqid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu